Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) 8 Noyabr Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.
Bununla əlaqədar MHP-nin sosial media hesabında video paylaşılıb.
Paylaşımda partiyanın sədri Dövlət Baxçalının bu fikirlərinə də yer verilib:
“Qarabağ türkdür, Qarabağ özgürdür, Qarabağ Azərbaycandır. Qarabağ türkün polad biləyidir. Bir millət, iki dövlətik, iki ayrı bədəndə eyni canıq. Biz türk millətiyik”.