İspaniyada hərbi təlim zamanı əsgər ölüb

İspaniyanın Araqon muxtar bölgəsində keçirilən hərbi təlim zamanı əsgər həyatını itirib.

Bu barədə İspaniyanın Quru Qoşunları “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, hadisə “San-Qreqorio” hərbi təlim mərkəzində baş verib. Əsgər təlim zamanı baş verən bədbəxt hadisə nəticəsində ölüb.

İspaniyanın Müdafiə Nazirliyi də hərbçinin ölümü ilə bağlı başsağlığı verib.

Hadisənin başvermə səbəbləri barədə əlavə məlumat açıqlanmayıb.