Yaponiyanın paytaxtı Tokio yaxınlığında yerləşən İbaraki prefekturasının sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib.
Bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Yeraltı təkanların ocağı 20 kilometr dərinlikdə yerləşib. Zəlzələ paytaxt Tokionun mərkəzində də hiss olunub.