Bakı, 7 noyabr, AZƏRTAC Azərbaycan xalqının tarixində əbədi yaşayacaq Zəfər salnaməsi Vətən sevgisinin, milli birliyin və qəhrəmanlığın təcəssümüdür. 8 Noyabr – Zəfər Günü xalqımızın qürurunu, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini yaşadır. Bu tarixi Qələbənin arxasında Vətənini hər şeydən üstün tutan, öz həyatını xalqının gələcəyinə fəda edən igid oğullarımızın şücaəti dayanır. Onlardan biri də Vətən müharibəsi şəhidi Aşur Cəmiyevdir.AZƏRTAC-a açıqlamasında şəhidin atası Bəybala Cəmiyev oğlunun vətənpərvərliyindən, hərbi xidmətə olan sevgisindən və döyüşlərdə göstərdiyi fədakarlıqdan danışıb. Qeyd edib ki, bu Zəfər hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Atanın sözlərinə görə, Aşurun Vətənə bağlılığı hələ uşaqlıq illərindən özünü göstərib. O, məktəbə ilk başladığı vaxtlardan Azərbaycan Bayrağına xüsusi sevgi bəsləyib. Sinif yoldaşının partasında bayraq gördükdə özünün də bayrağının olmasını istəyib. Əmisinin ona aldığı bayrağı məktəbə apararaq partasının üzərinə qoyması isə ailəsinin yaddaşında qalan unudulmaz xatirələrdəndir. O qeyd edib ki, oğlunun bayrağa olan sevgisi zaman keçdikcə Vətənə xidmət etmək arzusuna çevrilib. Aşur böyüdükcə hərbçi olmaq istədiyini dəfələrlə dilə gətirib. Atası əvvəlcə bu seçimin məsuliyyətini ona anlatmağa çalışsa da, oğlunun qətiyyəti qarşısında onun arzusuna hörmətlə yanaşıb. “Aşur mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam. Bu sözləri eşidəndə həm sevinir, həm də onun gələcəyi barədə düşünürdüm. O, hərbçi olmaq qərarından dönmürdü. Mənə söz vermişdi ki, başımı həmişə uca edəcək. Bu gün onun Vətən qarşısında borcunu şərəflə yerinə yetirməsi, adının qəhrəman kimi çəkilməsi həmin sözün necə böyük məsuliyyət daşıdığını göstərir”, – deyə şəhid atası bildirib. Onun sözlərinə görə, Aşur hərbi xidmətə qəbul olunmaq üçün sənədlərini özü hazırlayıb və məqsədinə çatmaq üçün israrlı olub. Hərbi xidmət zamanı üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib, Vətənə sədaqətlə xidmət edib. Şəhid atası vurğulayıb ki, oğlunun döyüşlərdə iştirak etmək qərarı da onun Vətən sevgisindən irəli gəlib. Aşurun ailəsində üç övladının olmasını xatırladaraq döyüşlərə getməməsi barədə deyilənlərə baxmayaraq, o, Vətənin çağırışına biganə qala bilməyəcəyini bildirib. “Deyirdi ki, Vətən məni çağırırsa, getməliyəm. Onun bu qərarı bizim üçün asan olmasa da, Vətənə olan sevgisi hər şeydən üstün idi. Bu gün döyüş yoldaşları onun haqqında danışanda, göstərdiyi qəhrəmanlıqları xatırladanda bir ata kimi qürur hissi keçirirəm. Oğlumun yoxluğu qəlbimizdə böyük bir boşluq yaradıb. Ancaq onun adının qəhrəman kimi yaşaması, torpaqlarımızın azadlığı uğrunda mübarizə aparması bizə təsəlli verir”.Şəhid atası bildirib ki, Zəfər Günündə Azərbaycan xalqı yalnız qazanılmış Qələbəni deyil, həm də bu Qələbə naminə canından keçən qəhrəmanlarını yad edir. Azad edilmiş torpaqlarımız, doğma yurdlarımızda dalğalanan üçrəngli bayrağımız şəhidlərin Vətənə olan sonsuz sevgisinin və xalqımızın sarsılmaz iradəsinin rəmzidir. “Bu gün torpaqlarımızın azadlığı ilə fəxr ediriksə, bu, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı sayəsindədir. Qələbəmiz onların canı, qanı bahasına qazanılıb. Qəhrəman oğullarımızın sayəsində başımız ucadır. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə cansağlığı arzulayıram. Allah dövlətimizi, ordumuzu qorusun. Bayrağımız daim azad səmalarda dalğalansın, şəhidlərimizin adları xalqımızın yaddaşında əbədi yaşasın”. O vurğulayıb ki, Zəfər Gününün mənəvi dəyəri gənc nəslə Vətən sevgisini, milli qüruru və şəhidlərimizin əmanətinə sədaqəti aşılamaqla daha da artır. Onun sözlərinə görə, Aşur kimi igidlərin həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir. Şəhid Aşur Cəmiyevin ömür yolu bir daha göstərir ki, Vətən sevgisi insanın qəlbində uşaqlıqdan kök salan, zaman keçdikcə əqidəyə və amalına çevrilən müqəddəs duyğudur. Bu gün Azərbaycan xalqı Zəfərini qürurla qeyd edərkən torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanlarını ehtiramla anır, onların adını və xatirəsini gələcək nəsillərə ötürür. Müxbir- Tünzalə Arazlı
Bu gün
1497 xəbər bu gün
Bakı Metropliteni” QSC-də 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar 7–10 noyabr tarixlərində iş rejimi dəyişdiriləcək. Bu barədə Yenicag.az-a səhmdar cəmiyyətindən bildirilib.…
Sağlamlığı qorumağın qeyri-adi üsulu açıqlanıb.
Bakı–Şamaxı–Yevlax avtomobil yolunda ölümlə nəticələnən qəza olub. Hadisə yolun 107-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 72 yaşlı Rəşid Məmmədovun idarə etdiyi “Mersedes Vito”…
Məşhur sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina 88 yaşında vəfat edib. Bu barədə “MK” nəşri məlumat yayıb. Lidiya Fedoseyeva-Şukşina 1938-ci il sentyabrın 25-də Leninqradda anadan olub. O, Ümumittifaq Dövlət…
"Bir generalın ön cəbhədə yaralandığını gördüm. Yardım göstərmək üçün ona yaxınlaşanda, məndən xahiş etdi ki, yarasının ağırlığı barədə heç kimə məlumat verməyim. Sadəcə yardım göstərim və yanında olum. Həmin an əmin…
Noyabrın 7-də Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası Ali Məclisinin növbəti iclası keçirilib. ƏHD Partiyası mətbuat xidmətindən Moderator.az-a verilən məlumata görə, gündəlikdə olan məsələlərlə bağlı partiyanın Ali…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Azərbaycan Respublikasının Prezidenti Zati-alilari...
FIFA prezidenti Canni İnfantino dünya çempionatının iştirakçı sayının artırılması ideyasından geri çəkilib. Bu barədə Britaniyanın "The Times" qəzeti yazıb. Məlumata görə, o, turnirin...
İran təhdidlərə cavab vermək imkanlarını əməli şəkildə nümayiş etdirəcək və qeyri-simmetrik müharibədə düşməni gözləmədiyi nöqtələrdən vura bilər. Bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general…
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı səsləndirdiyi “böyük saziş” təklifinin təhlükəli ola biləcəyini bildirib. Zelenski bu barədə…
Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib. “İnterfaks” xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib. Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda deyilir: "Cənab Prezident, əziz Qardaşım. Otuz il işğal altında olan qədim Azərbaycan…
Турция неизменно считает безопасность, развитие и благополучие турок-киприотов своими приоритетами, добавил он.
По его словам, мирные условия позволят реализовать ряд долгосрочных планов.
Президент Турции Реджеп Тайип Эрдоган поздравил президента Азербайджана Ильхама Алиева с Днем Победы. «Его Превосходительству господину Ильхаму Алиеву, Президенту Азербайджанской Республики Господин Президент, дорогой…
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi ilə tanış olub.
Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə Sərəncam imzalayıb.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.
Bu iki meyvə sağlam qidalanma üçün əla seçimdir. Amma gəlin qan şəkərinin nəzarəti baxımından hansının bir az üstünlüyə malik ola biləcəyini araşdıraq. Payız alma və armud üçün mükəmməl zamandır. Onlar şirəli və zəruri…
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Zəfər tarixi” tədbiri keçirilib. Tədbir Azərbaycan…
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, bir general-mayora general-leytenant, 3 polkovnikə isə…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib. Modern.az-ın məlumatına görə, məktubda deyilir: "Cənab Prezident, əziz Qardaşım. Otuz il işğal…
Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində, Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Məmmədov Rəşid Şahmərdan oğlunun…
Bir müddət əvvəl “Milan”la “İnter”in yaxın gələcəkdə yeni stadionda oynayacağı haqda xəbər yayılmışdı. İtaliya nəhəglərinin yeni məkanının layihəsi təqdim edilib. Hər iki klubun ev oyunlarını keçirəcəyi arena “Generali…
Hörmüz boğazının şərq hissəsində minaya düşən tanker yanmağa başlayıb. "Al Jazeera"ya istinadən, bu barədə İranın Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Qeyd olunub ki, gəmi boğazın qadağan olunmuş hissəsi ilə hərəkət…
Yüzlərlə işçi İndoneziya Prezidenti Prabovo Subiantonun danışıqlarının polis əməkdaşları tərəfindən ehtimal olunan qanunsuz dinlənilməsi ilə bağlı istintaq fonunda ona dəstək mitinqinə çıxıb. Bu barədə "Reuters" məlumat…
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan…
Fransa Polineziyası (Maohi) Assambleyası xalqın gələcəyini dəyişdirəcək müstəsna bir qərara imza ataraq, ölkənin bütün təbii sərvətləri üzərində daimi suverenliyini nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib. Bu…
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib.
Cənubi Qafqaz artıq münaqişə və qeyri-sabitlik bölgəsi kimi deyil, əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır.
Çay Azərbaycan süfrəsinin ayrılmaz hissəsidir. Səhər yeməyində, nahardan sonra və gün ərzində tez-tez içilən bu içkinin düzgün dəmlənməsi qədər saxlanma müddəti də əhəmiyyətlidir. Bir çox insan dəmlənmiş çayı saatlarla…
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:"Azərbaycan Respublikasının Prezidenti Zati-alilari cənab…
Bakı, 7 noyabr, AZƏRTAC Azərbaycan xalqının tarixində əbədi yaşayacaq Zəfər salnaməsi Vətən sevgisinin, milli birliyin və qəhrəmanlığın təcəssümüdür. 8 Noyabr – Zəfər Günü xalqımızın qürurunu, torpaqlarımızın azadlığı…
Bakı, 7 noyabr, AZƏRTAC Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib. AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidentinin dövlətimizin başçısına…
Qobustan, 7 noyabr, AZƏRTAC Qobustanda yol qəzası ölümlə nəticələnib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 107-ci kilometrliyində qeydə alınıb.İlkin məlumata görə, hərəkətdə…
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: "Azərbaycan Respublikasının Prezidenti Zati-alilari cənab…
"Baku Med" verilişinin budəfəki buraxılışında fəqərələrarası disk yırtığı, artroz və üz sinirinin iflici mövzuları müzakirə olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" adlı tədbir keçirilib.
Almaniya öz müdafiəsində kritik boşluqların yaranması riski səbəbindən artıq Ukraynaya "Patriot" zenit-raket kompleksləri tədarük etmək imkanına malik deyil.