Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib.

"İnterfaks"a istinadən, bu barədə onun qızı Mariya Şukşina məlumat verib.

Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı.

Lidiya Fedoseyeva-Şukşina 1938-ci il sentyabrın 25-də anadan olub. Aktrisanın ilk böyük işi "Həmyaşıdlar" (1959) filmi olub.

Lidiya Fedoseyeva-Şukşina "Peçki-lavoçki" (1972), "Kalina krasnaya" (1973), "Onlar Vətən uğrunda döyüşürdülər" (1975), "Trın-trava" və "12 stul" (1976), "Piotrun gəncliyi" (1980), "Vivat, qvardiyaçıları!" (1991) və digər filmlərdə, "Peterburq sirləri" və "Peterburq sirlərinin açılışı" teleseriallarında çəkilib.