Belarasda aqrar sənaye məhsullarının ixracını ildə 20 milyard ABŞ dollarına qədər artırmaq lazımdır.
BELTA agentliyinə istinadən, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Onun sözlərinə görə, bu sahədə əsas məsələ nəticədir: "Nəticə var, ona görə də konseptual və fəlsəfi olaraq biz yeni pilləyə yüksəlməliyik. Bizə 10 milyard dollarlıq ixrac deyil, 20 milyard dollar lazımdır".
A.Lukaşenko qeyd edib ki, dünyada ərzağa olan tələbat durmadan artır.
Xatırladaq ki, bu ilin avqustunda Belarusun kənd təsərrüfatı və ərzaq naziri Yuri Qorlov bildirmişdi ki, 2025-ci ildə Belarus məhsullarının satışından əldə edilən ixrac gəliri 10 milyard dollardan çox təşkil edib və bu da rekord göstərici olub.