PFL I Liqada "Ayın qolu"nun müəllifini mükafatlandırıb

Azərbaycan I Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Xankəndi" klubunun futbolçusu Bəhruz Teymurov mükafatlandırılıb.

Bu barədə Peşəkar Futbol Liqasından (PFL) bildirilib.

Oktyabrın ən yaxşı qolu V turun "Xankəndi" – "Şahdağ Qusar" qarşılaşmasında qeydə alınıb. Ən yaxşı qolun müəllifinə mükafatı PFL-in inzibati binasında qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.