Cənab Prezident, Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi,
Sizi tariximizin qürur və şərəf salnaməsi olan 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edir, Sizə cansağlığı, uzun ömür arzulayıram.
Azərbaycan xalqının tarixi ədalətin bərpasına olan inamını daha da gücləndirən möhtəşəm Zəfəri qazandırdığınıza və bizə böyük xoşbəxtlik bəxş etdiyinizə görə Sizə minnətdarıq.
Zəfər Günü müstəqil Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın yenilməz ruhunun və milli birliyimizin əbədi rəmzidir. Bu şanlı tarix xalqımızın yaddaşında daim yaşayacaq, gələcək nəsillər tərəfindən qürur və ehtiramla anılacaqdır.
Uca Yaradan Sizi, ailənizi və doğma Azərbaycanımızı qorusun!
Hörmətlə,
Tərlan Hacıyev
Azərbaycan Respublikası, Ağdaş rayonu, Dəhnəxəlil kəndi.