"Xankəndi"nin futbolçusu mükafatlandırıldı

1-ci liqada "Ayın qolu" layihəsi çərçivəsində "Xankəndi"nin futbolçusu Bəhruz Teymurov mükafatlandırılıb.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Oktyabrın ən yaxşı qolu 5-ci turun "Xankəndi" – "Şahdağ Qusar" qarşılaşmasında qeydə alınıb. Qolun müəllifinə mükafatı PFL-in inzibati binasında qurumun Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.