“Lill” prezidenti Olivye Letanq Liqa 1-in ikinci turunda PSJ ilə 2-2 hesablı heç-heçədən sonra hakimləri tənqid etdiyinə görə altı ay müddətinə futboldan kənarlaşdırılıb.
Bu barədə “L’Equipe” məlumat yayıb. İclas 28 avqustda baş tutub. 16 sentyabrda Peşəkar Futbol Liqasının (LFP) intizam komitəsi 20.000 avro məbləğində cərimə tətbiq edib.
Fransa Futbol Federasiyasının (FFF) İcraiyyə Komitəsi bu cəzanı “çox yüngül” hesab edərək apelyasiya şikayəti verib. Apelyasiya şikayətindən sonra Letanq altı ay müddətinə rəsmi vəzifələrindən kənarlaşdırılıb, amma iki ay şərtidir. Cərimə qüvvədə qalıb.