İranda polis maşını atəşə tutdu: ölən və yaralanan var

İran polisi Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərində mülki şəxslərin olduğu avtomobili atəşə tutub.

Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, polis əməkdaşları əvvəlcədən xəbərdarlıq etmədən avtomobilə atəş açıblar. Nəticədə bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.