Nazirlər Kabinetinin və Milli Məclisin saxlanılması xərcləri artırılır

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən Nazirlər Kabinetinin saxlanılmasına 2026-cı illə müqayisədə 33,4 % çox – 45,166 milyon manat vəsait ayrılacaq.

Bu, gələn ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin vəsaitin 39,322 milyon manatı əməyin ödənişinə, 5,12 milyon manatı malların (iş və xidmətlərin) satın alınmasına, 510 min manatı sosial ödənişlərə, 215 min manatı isə qeyri-maliyyə aktivlərinə yönəldiləcək.

***

2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən Milli Məclisin saxlanılmasına 72 milyon 355,2 min manat vəsait ayrılacaq.

Bu, gələn ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Bu, ötən illə müqayisədə 38,95 % çoxdur.

Sənədə əsasən, həmin vəsaitin 59,356 milyon manatı əməyin ödənişinə, 10,52 milyon manatı malların (iş və xidmətlərin) satın alınmasına, 334 min manatı sosial ödənişlərə, 762 min 600 manatı dövlət icbari şəxsi sığorta xərclərinə, 1 milyon 385 min manatı isə qeyri-maliyyə aktivlərinə yönəldiləcək.