Rusiya Ukraynaya 227 dron göndərdi

Rusiya ordusu ötən axşamdan başlayaraq Ukraynaya 227 zərbə PUA-sı ilə hücum edib. Onlardan 196-sı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub və ya elektron mübarizə vasitələri ilə zərərsizləşdirilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hücumda istifadə olunan dronlardan 86-sı reaktiv tipli olub. Zərərsizləşdirilən PUA-ların 70-i isə reaktiv olub.

Məlumata görə, saat 08:00-a olan vəziyyətə əsasən, təxminən 15 hücum PUA-sı hələ də Ukrayna hava məkanında olub və onların zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam edib.

Həmçinin 14 ərazidə dronların hədəflərə dəydiyi, 8 ərazidə isə vurulan PUA-ların qalıqlarının yerə düşdüyü qeydə alınıb.

Hücumun qarşısının alınmasına aviasiya, zenit-raket bölmələri, radioelektron mübarizə vasitələri, pilotsuz sistemlər bölmələri və mobil atəş qrupları cəlb olunub.