2027-ci ildə Milli Onkologiya Mərkəzi üçün 64,3 milyon manat və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası üçün 1,6 milyon manat olmaqla, cəmi 65,9 milyon manat vəsait yönəldiləcək.
Bu barədə 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.
Bu vəsait onkoloji xəstəliyə tutulan şəxslərin müalicəsinin və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatın ödənilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.
Hesabat ilində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə 8,6 milyon manat vəsait ayrılacaq.
2027-ci ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən səhiyyə sahəsində bir sıra tədbirlərin maliyyələşdirilməsi üçün 99,6 milyon manat vəsait nəzərdə tutulub.