Dünyanın ən böyük dirijorlarından biri 99 yaşında vəfat etdi

Klassik musiqi dünyası XX əsrin ən nüfuzlu dirijorlarından biri ilə vidalaşıb.

Isveçli dirijor Herbert Blomstedt 99 yaşında İsveçdəki evində vəfat edib.

Yetmiş ildən artıq davam edən sənət fəaliyyəti boyunca Blomstedt dünyanın aparıcı simfonik orkestrləri ilə çalışıb. O, 1985–1995-ci illərdə San-Fransisko Simfonik Orkestrinin musiqi rəhbəri olub, Almaniya və Skandinaviya ölkələrinin nüfuzlu kollektivlərinə rəhbərlik edib.

Dirijor xüsusilə Bethoven, Brukner, Brams və Mahlerin əsərlərinin ifasına yanaşması ilə tanınırdı. Onun sənətində emosional nümayişdən daha çox musiqi mətninə sədaqət, dəqiqlik və intellektual dərinlik mühüm yer tuturdu.

Blomstedtin son çıxışı bu il mayın 15-də San-Fransisko Simfonik Orkestri ilə baş tutub. Səhhətindəki problemlərə baxmayaraq, o, səhnəyə əlil arabasında çıxaraq Mahlerin Doqquzuncu simfoniyasını ifa etməyə çalışıb. Bu, böyük dirijorun musiqidən ayrılmaq istəmədiyini göstərən təsirli mənzərə kimi yadda qalıb.