Şəkidə qəza: İki nəfər xəsarət aldı

Şəkidə axşam saatlarında iki yol-nəqliyyat hadisəsi baş verib.

Yol-nəqliyyat hadisəsi şəhər ərazisində qeydə alınıb.

Belə ki, “Toyota” və VAZ-21015 markalı avtomobillər toqquşub. Nəticədə 68 yaşlı Vaqif Məmmədəliyev Vaqif və 31 yaşlı Aysel Lətifzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media