ABŞ Prezidenti Donald Trampın $TRUMP memkoininin qiyməti ilk dəfə 1.19 dollara düşərək tarixi minimumu yeniləyib.
Bu barədə "CoinMarketCap" platformasına istinadən xəbər verilir.
Bakı vaxtı ilə saat 18:54-ə olan məlumata əsasən, memkoin 16.46% ucuzlaşaraq 1.19 dollara enib. Kriptovalyutanın bundan əvvəlki tarixi minimumu 2025-ci il yanvarın 18-də qeydə alınmışdı. Həmin vaxt o, birjaya 1.2 dollar qiyməti ilə çıxmışdı və indiyədək bu həddən aşağı düşməmişdi.
Qeyd edək ki, memkoinlər sosial eksperiment kimi yaradılan kriptovalyutalardır. Onların qiyməti əsasında yaradıldıqları fenomenin populyarlığından asılıdır.