Türkiyədə silahlı hücum baş verib, 8 nəfər ölüb - YENİLƏNİB

Türkiyədə silahlı hücumda ölənlərin sayı artıb.

NTV xəbər verir ki, Afyonkarahisar bölgəsində silahlı hücumda ölənlərin sayı 8-ə çatıb.

***

Türkiyənin Afyonkarahisar bölgəsində fərqli yerlərdə 7 nəfərin meyiti tapılıb.

NTV-nin məlumatına görə, iki ayrı ünvanda 5 nəfərin meyiti aşkarlanıb.

Başqa bir yerdə isə daha iki nəfərin güllələnmiş meyiti tapılıb. İki nəfərin isə yaralı olduğu barədə məlumat var.

İlkin istintaq nəticəsində məlum olub ki, 7 nəfərin hamısı tüfənglə öldürülüb.

Şübhəli şəxs və ya şəxslərin isə hadisə yerindən qırmızı rəngli avtomobillə qaçdığı qeyd olunub.