Almaniyanın Maqdeburq şəhərində yüngülmühərrikli təyyarə A2 avtomagistralına çırpılıb.
Bu barədə "Bild" nəşrinə istinadən xəbər verilir.
Hadisə nəticəsində iki nəfər həlak olub.
Təyyarə magistrala çırpılandan sonra yanıb. Hadisə yerinə polis, yanğınsöndürənlər və xilasetmə xidmətləri cəlb olunublar.
Yolun paytaxt Berlin istiqamətində olan hissəsi bağlanıb.