Füzulidə 17,5 milyon manatlıq layihə – Tenderin qalibi açıqlandı

Füzuli Memorial Kompleksinin tikintisi ilə bağlı 17.5 mln manatlıq dövlət satınalmasının qalibi müəyyənləşdirilib.

Tender “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən elan edilib.

Satınalmanın ehtimal olunan qiyməti 17 mln 505.400 manat təşkil edib.

Müsabiqə 13 may 2026-cı il tarixində elan olunub, təkliflərin təqdim edilməsi üçün son tarix isə 8 iyul 2026-cı il müəyyən edilib.

Tenderin qalibi “Real İnşaat “ MMC olmuşdur.

Xatırladaq ki, Banker.az-ın 16 oktyabr 2025-ci ildə verdiyi xəbərə əsasən, cəmiyyət Gəncə Memorial Kompleksinin tikintisində də iştirak etmişdir.