“Crescent Mall”da texniki nasazlıq baş verib.
Ticarət mərkəzi bununla bağlı açıqlama yayıb.
Bildirilib ki, yaranmış texniki problem səbəbindən ticarət mərkəzinin bəzi hissələrində müvəqqəti olaraq qoxu hiss olunub: “Problem tam şəkildə aradan qaldırılıb. Hazırda “mall”un havalandırma sistemi maksimum rejimdə çalışdırılaraq daxili mühitin normal vəziyyətə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir”.