Turqay Türkyılmaz: "Türkiyə tarixinin ən yüksək balıq istehsalı həcminə nail olunub"

Türkiyədə 2,5 minə yaxın akvakultura məhsulları yetişdirən müəssisə mövcuddur.

Bunu Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Baliqçılıq və su bioresursları Baş İdarəsinin direktoru Turqay Türkyılmaz I Akvakultura Forumu çərçivəsində panel müzakirələrdə deyib.

Onun sözlərinə görə, bunlardan dənizdə olanların sayı 561, daxili sularda olanların sayı isə 1 900 civarındadır: "Həmçinin sektora xidmət edən inkubasiya və yem istehsalı müəssisələri də mövcuddur. 2025-ci il etibarilə 1 milyon 37 min ton ümumi istehsal həyata keçirilib. Bu istehsalın 620 min tonunun yetişdiricilikdən, 410 min tonunun isə ovçuluqdan əldə edildiyini söyləyə bilərəm. Türkiyə tarixinin ən çox istehsal həcminə keçən il çatıldığını qeyd etmək lazımdır".

Türkiyədə təxminən 900-dən çox balıq növü və bir çox su məhsulları növü olduğunu deyən T. Türkyılmaz bunlardan 100-ün kommersiya məqsədilə ovçuluğu həyata keçirildiyini diqqətə çatdırıb: "Digər tərəfdən Türkiyə öz bölgəsi ilə müqayisədə Aralıq dənizində ən böyük ikinci sahil xəttinə sahib olan ölkə olaraq qeyd edilib. Gəmilərimiz olduqca güclü bir donanma strukturuna malikdir. Bu gəmi strukturu yalnız ölkəmizdə deyil, dünyanın hər yerində ovçuluq fəaliyyətlərində iştirak edir. Afrikanın bir çox ölkəsində və İndoneziyada fəaliyyət göstərirlər. Türkiyənin ovçuluqdakı bu potensialını digər ölkələrlə də paylaşırıq. Bizim çoxlu balıq növlərimiz var. Kilkə bizim əsas istehsal növümüzdür və ümumi istehsalda 50 %-dən çox paya malikdir. Daxili su istehsalında da olduqca fərqli bir biomüxtəlifliyə sahibik. Burada başda sazan olmaqla bir çox növ ölkəmizdə mövcuddur. Yetişdirilən ən mühüm növlərə baxdığımızda isə alabalıqla yanaşı çipura, levrek və son zamanlar "Türk somonu" ticarət adı ilə dünya bazarlarında yer alan növlər, brend dəyəri olaraq ticarət baxımından böyük əhəmiyyət qazanmağa başlayıb".

Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri arasında Türkiyə, həyata keçirdiyi yetişdiricilik istehsalı ilə ikinci yerdə yer almaqdadır: "Daxili su istehsalında birinci yerdə, ümumi istehsalda isə yenə ikinci yerdə yer alır. Avropa İttifaqı ölkələri arasındakı bu sıralamaya baxsanız, rəqəmlərin olduqca əhəmiyyətli olduğunu və Türkiyənin çox güclü strukturunun Avropa İttifaqı ölkələri arasında belə ən yüksək səviyyədə olduğunu görə bilərik. Bu istehsalda əldə etdiyimiz uğur ticarətə də əks olunmuş vəziyyətdədir. 2025-ci il etibarilə 2,3 milyard dollarlıq ixrac həyata keçirilib və bu ixracat 100-dən çox ölkəyə edilir. Təxminən 300 min ton civarında su məhsulunun xarici ölkələrə ixrac edildiyini deyə bilərik".