İsmail Kartalın yeni klubu bəlli oldu

İranın "Traktor" klubu türkiyəli mütəxəssis İsmail Kartala rəsmi təklif göndərib. Sfera.az Offsideplus.az-a istinadən bildirir ki, Təbriz təmsilçisi təcrübəli baş məşqçi ilə danışıqlara başlayıb. Qeyd edək ki, 63 yaşlı mütəxəssis bir həftə əvvəl "Fənərbağça"dakı postundan ayrılıb.