"2027-ci ildə Dövlət Sosial Müdafiə Fondunun xərclərinin 8 milyard 669 milyon manatının pensiyaların, 280,6 milyon manatının isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşəcəyi proqnoz edilir".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta fondunun 2027-cı il üçün büdcə layihələri barədə məlumat verərkən bildirib.
O qeyd edib ki, gələn il pensiyaların orta aylıq məbləğinin 639 manat, yaşa görə pensiyaların orta məbləğinin 680 manat, gələn ilin orta aylıq əməkhaqqına nisbətdə isə 50%, yaşa görə pensiyada isə 53% olması proqnozlaşdırılır.