Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçını keçirib

Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti matçına çıxıb.

Yığma bu gün Çexiya ilə üz-üzə gəlib.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi bu rəqiblə keçirdiyi ilk görüşdə məğlub olmuşdu - 1:2. Komanda növbəti matçını noyabrın 8-də Bakıda Latviya millisinə qarşı keçirəcək.

Qalereya