İşsizlikdən sığorta fondunun 2027-ci il üzrə xərcləri 319 200 000,0 manat məbləğində olacaq.
Bu, Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:
– işsizlikdən sığorta fondunun 2027-ci il büdcəsinin gəlirləri 268 900 000,0 manat:
– işsizlikdən sığorta fondunun 2027-ci il yanvarın 1-nə istifadə olunmamış vəsaitindən 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 50 300 000,0 manat.
İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçiriləcək:
– İşsizliyə görə sığorta ödənişləri – 36 000 000.0 manat
– Peşə hazırlığı və əlavə təhsilin təşkili – 27 300 000.0 manat
– Peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi – 1 600 000,0 manat
– Əmək yarmarkalarının və əmək birjalarının təşkili – 500 000 manat
-. Haqqı ödənilən ictimai işlərin təşkili – 3 800 000,0 manat
– Özünüməşğulluq tədbirlərinin təşkili – 113 000 000.0 manat
– Sosial iş yerlərində işçilərin əmək haqlarının bir hissəsinin maliyyələşdirilməsi – 7 000 000 manat
– Peşə standartlarının hazırlanması – 1 000 000 manat
– Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aparatının və onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) saxlanılması xərcləri – 75 000 000,0 manat
– Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri – 50 000 000 manat
– Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması – 1 000 000 manat
– Sosial müəssisələrin yaradılması və məqsədli proqramların həyata keçirilməsi – 2 000 000 manat
– Qanunla əmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulmuş digər aktiv məşğulluq tədbirləri 1 000 000 manat.