Gələn il pensiyalar bu qədər ARTACAQ

“2027-ci ildə orta aylıq pensiya məbləğinin 640 manat olacağı proqnozlaşdırılır”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında 2027-ci il büdcə zərfinə daxil olan “Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında” və “İşsizlikdən Sığorta Fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Bu isə əmək pensiyalarının orta aylıq məbləğinin cari ilin yekunu üzrə proqnozlaşdırılan 595 manat həddindən 45 manat çoxdur.