“Demokratlar Partiyasının ABŞ Konqresinə seçkilərdə qələbəsindən sonra Rusiyaya qarşı sanksiyaların mümkün tətbiqi Amerikanın özünə zərər verə bilər”.
Bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-də keçirilən aralıq seçkilərinin nəticələrini şərh edərkən deyib.
“Cəhənnəm sanksiyaları”nın tətbiqi bazarlıq predmetinə çevrilə bilər: impiçmentdən imtina müqabilində sanksiyaların tətbiqi (Demokratların ABŞ Prezidenti Donald Trampa qarşı mümkün impiçment cəhdindən söhbət gedir). Bu isə neft qiymətlərinin yenidən artmasına və ABŞ-də yanacaqdoldurma məntəqələrində narazı insanların etirazlarına səbəb olacaq. Bundan başqa, bu, Kremllə münasibətləri tamamilə korlayacaq. Halbuki Tramp bu münasibətləri öz siyasi uğurlarından biri hesab edir”, - o bildirib.
Dmitri Medvedev Donald Trampın özünün də Ukraynaya hərbi yardımı dayandırması ehtimalını aşağı hesab edir.
O əlavə edib ki, Rusiya uzaq ABŞ-də keçirilən istənilən seçkidən asılı olmayaraq, tam qələbəyə qədər Ukraynanı döyüş meydanında əzməlidir: “Uzaq Amerikadakı istənilən seçkidən asılı olmayaraq, bir şeyi yaxşı etməliyik: düşməni döyüş meydanında tam qələbəyə qədər əzməliyik”.