Cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Mənim 87 illik ömrümdə şahidi olduğum ən qürurlu günlərdən biri 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədir. Bu sevinci xalqımıza yaşatdığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

8 Noyabr ədalətin bərpa olunduğu, Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin möhtəşəm nəticəyə çatdığı, doğma torpaqlarının həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşdiyi müqəddəs bir tarixdir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.

Möhtərəm Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.

Hörmətlə,

Həqiqət Rəcəbov, din xadimi

Azərbaycan Respublikası, Qobustan rayonu, Çelov kəndi