Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan,
8 Noyabr - Zəfər Günü münasibətilə Sizə təbriklərimi və xoş arzularımı çatdırıram.
Sizin qətiyyətiniz və rəşadətli Ordumuzun şücaəti sayəsində əldə olunan tarixi Zəfər xalqımıza sonsuz qürur yaşatdı.
Bu gün doğma Qarabağımızda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri qürurvericidir.
Sizə möhkəm cansağlığı, Azərbaycanın inkişafı və rifahı naminə yorulmaz fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Rəfail Şirinov, din xadimi
Azərbaycan Respublikası, Şamaxı rayonu