“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV tur oyununa başlayıb.
Azərbaycan təmsilçisi səfərdə Norveç çempionu “Vikinq”lə qarşılaşır.
Stavanger şəhərindəki “Lyse Arena” stadionunda keçirilən görüşü Niderland Futbol Federasiyasından Sander van der Eyk idarə edir.
Qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start verilib.
Qeyd edək ki, “Sabah” turnirdə keçirdiyi üç oyundan sonra bir qələbə və iki məğlubiyyətlə 3 xala malikdir. “Vikinq”in isə aktivində 1 xal var.