Füzuli Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olundu

FÜZULİ, 4 noyabr. TELEQRAF

Füzuli Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin edilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, xəstəxananın baş həkimi vəzifəsinə Qəhrəmanova Ceyran Vaqif qızı təyin olunub.

Qeyd edək ki, Ceyran Qəhrəmanova bu təyinata qədər Füzuli Rayon Mərkəzi Xəstəxanasında Keyfiyyətə Nəzarət şöbəsinin rəhbəri vəzifəsində çalışıb.