Ərəb cəmiyyətinə hörmətlə yanaşıram - Hersoq

İsraildəki ərəb cəmiyyətinə böyük hörmətlə yanaşıram. Onların həyatın bütün sahələrində dövlətə verdiyi töhfəni və cəmiyyətə inteqrasiya olmaq istəyini yüksək qiymətləndirirəm.

Bunu İsrail Prezidenti İshaq Hersoq deyib.

“Son vaxtlar səsləndirilən kobud və irqçi ifadələri pisləyirəm. İsraildə heç bir icmaya qarşı bu cür davranışa yer yoxdur”, - o bildirib.

Qeyd edək ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu “Antisionist ərəb partiyalarına əsaslanan hökumət qurmamalıyıq” demişdi.