"Real" ulduz futbolçunu "Barselona"nın əlindən aldı

“Real Madrid” “Mançester Yunayted”in akademiyasında çıxış edən 16 yaşlı hücumçu JJ Qabrielin transferini yekunlaşdırmağa yaxındır.

Bu barədə jurnalistlər Bruno Fernandes məlumat yayıb. Bildirilib ki, gənc futbolçu artıq Madriddə məşqlərini davam etdirir və keçidin rəsmiləşməsi üçün müqavilənin son detalları razılaşdırılmalıdır. Məlumata görə, “Barselona” da futbolçunun transferi uğrunda mübarizədən çəkilib. JJ Qabrielə maliyyə tələblərini tam şəkildə qarşılamağa hazır olan tək klubun “Real Madrid” olduğu bildirilir.

İddialara görə, Madrid təmsilçisi 16 yaşlı hücumçuya maaş və bonuslar daxil olmaqla ümumi dəyəri 10 milyon avrodan çox olan üçillik müqavilə təklif edib.