Öz otağımın işığını da kəsərəm - Pezeşkian

Sənaye və istehsal müəssisələrinin fəaliyyətinin dayanmasına imkan verməyəcək, müəssisələrin su, qaz və elektrik təchizatının kəsilməməsi üçün bütün imkanları səfərbər edəcəyik.

Bu sözləri İran Prezidenti Məsud Pezeşkian Tehranda qatıldığı tədbirdə deyib.

O, istehsalın fasiləsiz davam etməsinin ölkə iqtisadiyyatı üçün prioritet olduğunu vurğulayıb.

“İstehsalın dayanmaması üçün öz otağımın elektrikini də (qənaət məqsədi ilə - red.) kəsərəm”, - Pezeşkian vurğulayıb.