Hörmətli cənab Prezident!

Sizi 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bu şanlı tarix Azərbaycan xalqının birliyinin, milli iradəsinin, qəhrəmanlığının və dövlətimizin gücünün təcəssümüdür. Müzəffər Ali Baş Komandan kimi rəhbərliyinizlə qazanılmış tarixi Zəfər xalqımızın yaddaşında əbədi yaşayacaqdır.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin inkişafı və xalqımızın rifahı naminə fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!

Yaşasın Azərbaycan!

Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

Xalid Ələkbərli

Azərbaycan Respublikası, Lənkəran şəhəri.