Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində hər iki maşın deformasiyaya uğrayıb, iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib./APA/