Qadın hakimə qarşı seksist təhqirlər: İstintaq başladıldı

İtaliya Futbol Federasiyasının İntizam Komitəsi ( FIGC ) hakim Maria Sole Ferrieri Kaputiyə qarşı seksist təhqirlərlə bağlı araşdırma başladıb.

Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.

1 noyabr bazar günü Ferrieri Kaputi Seriya A-nın 10-cu turunun “Komo” və “Venesiya” (1-0) arasında keçirilən oyununda iş başında olub.

30-cu dəqiqədə o, Luis Milya öz cərimə meydançasında əllə oynadığı üçün ev sahibi komandanın qapısına penalti təyin edib, lakin VAR-ın yoxlamasından sonra penalti ləğv edilib.

Mübahisəli penalti atışının icmalı zamanı canlı yayımda (DAZN) hakimə ünvanlanan “Gedin souslu makaron bişirin”, “Gedin tozsoranla çalışın” və “Hakimlik sizin üçün deyil” kimi seksist şüarlar eşidilib.

FIGC artıq Komo polisindən seksist təhqirlərlə bağlı hadisələrin video və audio yazılarını tələb edib. Məqsəd hakimi təhqir edən şəxsləri müəyyən etmək və onları məsuliyyətə cəlb etməkdir.