Gələn il Azərbaycanın icmal büdcəsinin gəlirləri 47,6 milyard manata çatacaq

Azərbaycanın 2027-ci il üçün icmal büdcəsinin gəlirləri 47 milyard 619,2 milyon manat məbləğində proqnozlaşdırılır.

Bu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Məlumata görə, bu göstərici 2026-cı ilə nisbətən 2 milyard 649,8 milyon manat və ya 5,9% çoxdur.

İcmal büdcənin xərcləri 50 milyard 377,1 milyon manat olmaqla 2026-cı ilə nisbətən 1 milyard 537,8 milyon manat və ya 3,1%, 2025-ci ilin icrasına nisbətən isə 5 milyard 722,1 milyon manat (12,8%) çoxdur.