Səhiyyə Nazirliyi ilə “Global Health Accreditation” qurumu arasında müqavilə bağlanılıb.
Bu barədə səhiyyə naziri Anar Bayramov Bakıda Sağlamlıq Turizmi Konfransında çıxışında deyib.
O qeyd edib ki, müqavilə çərçivəsində aparılacaq araşdırmalar Azərbaycanda tibbi turizmin mövcud vəziyyətini əks etdirməklə, bir müddət sonra tibbi turizm potensialını görülmüş tədbirlərin nəticələrini müqayisəli təhlil etməyə imkan verəcək.
“Azərbaycanın tibbi turizm indeksi üzrə reytinq cədvəlinə daxil olub. Tibbi turizm indeksi ölkələrə öz mövqeyini beynəlxalq səviyyədə qiymətləndirmək, mövcud imkanlarını təhlil etmək və tibbi turizm inkişafı üçün prioritet istiqamətləri müəyyənləşdirmək baxımından mühüm imkan yaradır.
Təhlillərdən əldə ediləcək nəticələr Azərbaycanın müvafiq reytinqi 26–27-ci illər buraxılışında əks olunacaq.