Fuad Nağıyev tibbi turizminin inkişafının asılı olduğu məqamları açıqladı

Tibbi turizmin inkişafı səhiyyə sistemi ilə turizm sektoru arasında səmərəli əməkdaşlıqdan birbaşa asılıdır.

Bu barədə Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Bakıda Sağlamlıq Turizmi Konfransında çıxışında deyib.

Bu sahədə davamlı inkişafın təmin edilməsi məqsədyönlü və əlaqələndirilmiş fəaliyyət tələb edir.

O qeyd edib ki, bu baxımdan Səhiyyə Nazirliyinin, bu sahədə olan, digər aidiyyəti qurumların və beynəlxalq təşkilatların birgə fəaliyyəti xüsusi əhəmiyyət daşıyır:

“Əminəm ki, dövlət qurumları, səhiyyə təşkilatları, turizm şirkətləri və beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın genişlənməsi ölkəmizin tibbi turizm imkanlarının daha effektiv təqdim olunmasına, yüksək keyfiyyətli xidmətlərin inkişafına mühüm töhfə verəcək.

Digər mühüm istiqamət olan sağlam yaşam turizmi də Azərbaycanın turizm təkliflərinin genişlənməsində əhəmiyyətli rol oynayır.