ABŞ-da seçki: İlk nəticələr…

ABŞ-da Konqres palatalarına noyabrın 3-də keçirilmiş seçkilərin nəticələri açıqlanır.

435 nəfərlik Nümayəndələr Palatası (aşağı palata) tam yenilənir, 100 nəfərlik Senatın (yuxarı palata) 35 üzvü müəyyənləşir.

İlkin hesabat Demokratlar Partiyasını Nümayəndələr Palatasında 202, Respublikaçılar Partiyasını 119 mandatla göstərir, Senatda 52 demokrat, 41 respublikaçı yer alır.

Prezident Donald Tramp və vitse-prezident Ceyms Devid Vens Respublikaçılar Partiyasının üzvləridir.

50 ştat və 1 federal dairədən ibarət ABŞ-da paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsinin Konqresdə təmsilçiliyi yoxdur.

Nümayəndələr Palatasında ştatların təmsilçiliyi əhalinin sayına bağlıdır. Qurumun spikeri ölkənin prezidentindən və vitse-prezidentindən sonra üçüncü ali vəzifəli şəxs sayılır.

Senata hər ştatdan iki nəfər seçilir. Vitse-prezident Senatın sədri sayılır, ancaq səsverməyə yalnız səslər tən bölünən hallarda qatıla bilir.

İndiki Nümayəndələr Palatasında 219 nəfər (1-i müstəqil) Respublikaçılar Partiyasını, 214 nəfər Demokratlar Partiyasını təmsil edir, Senatda 53 respublikaçı, 47 demokrat (2-si müstəqil) var.