ABŞ-də Nümayəndələr Palatasına seçkilərdə demokratlar 193, respublikaçılar isə 114 mandat əldə ediblər.
Xarici mətbuata istinadən, Senatda demokratlar 52, respublikaçılar isə 40 mandata sahibdirlər.
Ştatlar üzrə qubernator seçkilərində isə demokratlar 24, respublikaçılar isə 13 yer qazanıblar.
ABŞ Prezidenti Donald Tramp Konqresə aralıq seçkilərin nəticələrini qəbul etdiyini və demokratlarla əməkdaşlığa hazır olduğunu bildirib.
“The New York Times” qəzetinə müsahibəsində deyib ki, səslərin bir hissəsi hesablandıqdan sonra Demokratlar Partiyası həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluq əldə edib.
“Bu nəticələri tamamilə qəbul etməyə hazıram. Demokratlarla əməkdaşlıq edəcəyik və onlarla işləməyi səbirsizliklə gözləyəcəyik. Yəqin ki, ortaq bir məxrəcə gələrik", - ABŞ lideri vurğulayıb.
O, həm də Respublikaçılar Partiyasının məğlubiyyətini öz adının seçki bülletenində yer almaması ilə izah edib.
“Mənim adım seçki bülletenində yox idi. Əgər orada olsaydım, böyük fərqlə qalib gələrdik", - D.Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.