Karapetyanların evlərində axtarış aparılır

Ermənistan İstintaq Komitəsinin müstəntiqləri müxalif “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyanın və partiyanın parlament fraksiyasının rəhbəri Narek Karapetyanın mənzillərində axtarışlar aparırlar.

Bu barədə “Güclü Ermənistan” partiyasının sözçüsü Aqavni Sukiasyan məlumat verib.

O qeyd edib ki, Karapetyan ailəsi ilə əlaqəli digər ünvanlarda da axtarışlar aparılır.