"Abşeron" Ticarət Mərkəzinin qabağında avtomobil piyadanı vuraraq öldürüb.
Report-a istinadən, İbrahim Arzu oğlu İbrahimov idarə etdiyi "VAZ-21154" markalı avtomobillə piyada, 1946-cı il təvəllüdlü Əfsər Əkbər oğlu Əhmədovu vurub.
Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.