ABŞ Prezidenti Donald Tramp və administrasiyanın bir sıra üzvləri Konqresə aralıq seçkilərin nəticələrini Ağ Evin Şərq otağından izləyəcəklər.
Bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Tramp köməkçiləri ilə söhbətində Respublikaçı namizədlərin seçki kampaniyasına dəstək üçün göstərdiyi səyləri vurğulayıb. Bununla yanaşı, o, özəl söhbətlərində partiyanın seçkilərdə ən pis ssenari ilə üzləşə biləcəyini də etiraf edib.
Ağ Evin iki rəsmisi administrasiyanın seçkilərin istənilən nəticəsinə hazır olduğunu bildirib.
Qeyd edək ki, ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilərdə Senatın 35 üzvü və Nümayəndələr Palatasının bütün 435 üzvü seçilir. Həmçinin 36 ştatda qubernator seçkiləri keçirilir.