Fransanın PSJ klubu UEFA Çempionlar Liqasının dördüncü turunda İspaniyanın “Vilyarreal” komandası ilə səfər oyununda 17 dəqiqə ərzində dörd qol vuraraq turnirin rekordunu yeniləyib.
Paris təmsilçisinin qollarını Joao Neveş (9-cu dəqiqə), Desire Due (12), Senny Mayulu (13) və Fabian Ruis (17) vurublar.
Bundan əvvəlki rekord 2011-ci ilin noyabrında müəyyənləşib. Həmin vaxt bir komanda Zaqreb “Dinamo”sunun qapısından 20 dəqiqə ərzində dörd top keçirib.