Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb

Xırdalanda bir qolu olmayan qız itkin düşüb.

Ölkə.az lent.az-a istinadən bildirir ki, 12 yaşlı qız "Kristal Abşeron" yaşayış binasındakı evdən çörək almaq üçün çıxıb və bir daha geri qayıtmayıb.

Yeniyetmə qızın əlil olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, həmin qız barəsində axtarış elan olunub.

Polis tərəfindən itkin düşmə kimi axtarışa verilən həmin şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində tədbirlər görülür.