Dörd aydır həbsdə olan türkiyəli müğənni ilə bağlı qərar verildi

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində cari ilin iyul ayında həbs edilən müğənni İlyas Yalçıntaş azadlığa buraxılıb.

Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İlyas Yalçıntaş ona qarşı irəli sürülən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittihamları rədd edib.

Müğənninin imza atmaq öhdəliyi ilə məhkəmə nəzarətinə götürülərək məhkəmə zalından azadlığa buraxılıb.