Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb

Abşeron rayonunun Xırdalan şəhərində itkin düşən 12 yaşlı İmanova Mələk Zakir qızı tapılıb

Bu barədə azyaşlının yaxınları məlumat verib.

***

Abşeron rayonunun Xırdalan şəhərində 12 yaşlı qız evdən çıxıb və geri qayıtmayıb.

Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Uşağın atası Zakir İmanov bildirib ki, qızı Mələk noyabrın 2-də saat 19:35-də "Kristal 1" yaşayış kompleksindəki evindən çıxıb və sonra ondan xəbər alınmayıb.

Valideyn polisə müraciət etdiyini də deyib: "Həyətdə iki kamera var. Amma xalçayuma məntəqəsinin qarşısında olan kamera görüntüsünə sahibi baxmağa icazə vermir", - deyə o bildirib.

Qeyd edək ki, uşağın bir qolunda problemin olduğu bildirilib. O, dükana getmək üçün evdən çıxıb. O da qeyd edilib ki, qızın atası Zakir İmanov müharibə iştirakçısı olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, yeniyetmə barədə axtarış elan olunub:

"Polis tərəfindən itkin düşmə kimi axtarışa elan edilmiş şəxsin yerinin müəyyən olunaraq tapılması istiqamətində tədbirlər görülür".